...

Həsən Ruhaninin andiçmə mərasimində 10 prezident iştirak edəcək

Siyasət Materials 28 İyul 2013 14:22 (UTC +04:00)
İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində ən azı 10 prezident iştirak edəcək.
Həsən Ruhaninin andiçmə mərasimində 10 prezident iştirak edəcək

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir R.Zamanov/

İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində ən azı 10 prezident iştirak edəcək. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin deputatı Seyid Məhəmməd Yasrebi deyib.

O bildirib ki, Pakistan, Əfqanıstan, Ermənistan, Livan, Qazaxıstan, Koreya Xalq Demokratik Respublikası, Türkmənistan, Qvineya-Bisau, Toqo və Tacikistanın dövlət başçıları bu mərasimdə iştirak edəcəklər:

"Həmçinin, üç Baş nazir, 5 parlament spikeri, 6 xarici işlər naziri bu tədbirdə iştirak edəcək. Qonaqların tam siyahısı cümə axşamına hazır olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti