...

Azərbaycanda prezident seçkiləri ilə bağlı maarifləndirici plakatlar yerləşdirilib

Siyasət Materials 5 Avqust 2013 15:22
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəzi maarifləndirici plakatların yerləşdirilməsinə başlayıb.
Azərbaycanda prezident seçkiləri ilə bağlı maarifləndirici plakatlar yerləşdirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəzi maarifləndirici plakatların yerləşdirilməsinə başlayıb.

MSK-dan bazar ertəsi Trend-ə bildiriblər ki, hazırda yayılan maarifləndirici plakatlarda seçki hüququ olan şəxsləri adlı siyahıda öz adlarını yoxlamağa çağırır.

Komissiyadan bildiriblər ki, seçki qanunvericiliyi ilə müəyyən olunmuş vaxtlarda digər maarifləndirici plakatlar, əyani vasitələr yayılacaq.

Qeyd edək ki, MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti