...

ABŞ və Rusiya Suriya, İran, strateji silahlar və Snouden məsələlərini müzakirə edəcək

Siyasət Materials 7 Avqust 2013 00:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

ABŞ və Rusiya Suriya, İran, strateji silahlar və Snouden məsələlərini müzakirə edəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentindən Cen Psaki bildirib.

Məlumatda deyilir ki, həftənin cümə günü Vaşinqtonda ABŞ və Rusiyanın müdafiə və xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Psakinin sözlərinə görə, görüşdə Suriya, İran, strateji silahlar haqqında yeni müqavilə və həmçinin, Edvard Snouden məsələsi diqqət mərkəzində olacaq.

Xəbər lenti

Xəbər lenti