...

Abdullah Gül Ramazan bayramı münasibətilə Türk dünyasını təbrik edib

Siyasət Materials 7 Avqust 2013 16:11 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül Ramazan bayramı münasibətilə Türk və İslam dünyasını təbrik edib.
Abdullah Gül Ramazan bayramı münasibətilə Türk dünyasını təbrik edib

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Prezidenti Abdullah Gül Ramazan bayramı münasibətilə Türk və İslam dünyasını təbrik edib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, A.Gül, həmçinin türkdilli xalqlara əmin-amanlıq və inkişaf arzulayıb.

Prezident təbrikində qeyd edib ki, Türkiyədə demokratikləşmə və söz azadlığının inkişafı üzrə islahatlar davam edir.

A.Gül bildirib: "Türkiyə regionun önəmli ölkəsidir və regional hadisələrə müəyyən təsir imkanları var. Buna görə də Türkiyəyə ölkədə və dünyada baş verən hadisələr qarşısında soyuqqanlığını qorumaq lazımdır".

Dövlət başçısı vurğulayıb ki, Türkiyənin taleyinə görə narahat olmaq lazım deyil, çünki ölkədə inkişafa yönəlmiş uzaqgörən siyasət yürüdülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti