...

Elmar Məmmədyarov bəzi ölkələrdən olan həmkarları ilə görüşlər keçirib

Siyasət Materials 8 Avqust 2013 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının (TŞ) "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq" mövzusunda keçirilmiş açıq müzakirələrdə iştirakı çərçivəsində Braziliya, Çili, Kolumbiya, Kuba, Mərakeş, Argentina və Uruqvayın XİN rəhbərləri ilə görüşlər keçirib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elman Abdullayev məlumat verib.

Görüşlər zamanı ölkələr arasında ikitərəfli münasibətlin inkişafı perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün dəvətlər mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti