...

İlham Əliyevin prezident seçkisi ilə bağlı imzatoplama kampaniyasına start verilib

Siyasət Materials 12 Avqust 2013 11:35 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin respublika üzrə imzatoplama kampaniyasına start verilib.
İlham Əliyevin prezident seçkisi ilə bağlı imzatoplama kampaniyasına start verilib

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin respublika üzrə imzatoplama kampaniyasına start verilib.

YAp-dakı mənbədən Trend-ə bildiriblər ki, partiyanın rayon və şəhər təşkilatlarının iclasları keçirilərək ölkə üzrə namizədin imzatoplama kampaniyasına başlanılıb.

Qeyd edək ki, MSK artıq Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Orucun prezidentliyə namizədliyini təsdiq edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti