...

Xamiz Muradov: Rüstəm İbrahimbəyov kimi yaradıcı adamın siyasətə qarışmağını qəbul edə bilmirəm

Siyasət Materials 23 Avqust 2013 17:34 (UTC +04:00)
Rüstəm İbrahimbəyov kimi yaradıcı adamın siyasətə qarışmağını qəbul edə bilmirəm.

Azərbaycan, Bakı, 23 avqust / Trend, müxbir M.Əliyev/

Rüstəm İbrahimbəyov kimi yaradıcı adamın siyasətə qarışmağını qəbul edə bilmirəm. Bu barədə cümə günü Trend-ə azərbaycanlı ssenarist, rejissor, xalq artisti Xamiz Muradov bildirib.

X.Muradov Rüstəm İbrahimbəyovun görkəmli rejissor olduğunu deyib: "Rüstəm İbrahimbəyovun Azərbaycan kinematoqrafiyasında öz yeri olub, ssenarilərinə daima yaşıl işıq olub. İşlədiyim son kinostudiyada Rüstəm İbrahimbəyovun iki ssenarisi keçib və heç bir təyziqlərə məruz qalmayıb".

Eyni zamanda xalq artisti yaradıcı adamın siyasətə qarışmağının qəbul edilmədiyini bildirib: "Yaradıcılıq öz sözünü, fikrini ifadə etmək üçün Allahdan verilən imkandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti