...

İlham Əliyev ukraynalı həmkarını təbrik edib

Siyasət Materials 23 Avqust 2013 20:47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın dövlət başçısı Viktor Yanukoviçə Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
İlham Əliyev ukraynalı həmkarını təbrik edib

Trend-i buradan izləyin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın dövlət başçısı Viktor Yanukoviçə Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Bu gün dost Ukrayna dövlətçiliyin və suverenliyin möhkəmlənməsi, sosial-iqtisadi və humanitar sahələrdə dərin dəyişikliklər həyata keçirilməsi yolu ilə inamla irəliləyir. Ölkənin beynəlxalq nüfuzu artır.

Əminəm ki, Azərbaycan-Ukrayna dövlətlərarası münasibətləri, bizim strateji tərəfdaşlığımız və hərtərəfli əməkdaşlığımız dost xalqlarımızın və ölkələrimizin mənafeyi naminə bundan sonra da sıx qarşılıqlı fəaliyyət və qarşılıqlı dəstək məcrasında inkişaf edəcəkdir".

Təbrik məktubunun sonunda İlham Əliyev Viktor Fyodoroviçə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Ukrayna xalqına sülh və firavanlıq arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti