...

İlham Əliyev yeni sərəncamlar imzaladı

Siyasət Materials 28 Avqust 2013 17:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azər İbrahimova “Əməkdar Hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev yeni sərəncamlar imzaladı

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Azər İbrahimova "Əməkdar Hüquqşünas" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Prezident Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycanda Dövlət Sərhəd Xidmətinin qanunvericiliyinin inkişafında xidmətlərinə görə Azər Oqtay oğlu İbrahimova Azərbaycan Respublikasının "Əməkdar Hüquqşünası" fəxri adı verilsin.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsinin rəisi polkovnik Elçin Zaur oğlu İbrahimova general-mayor hərbi rütbəsi verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti