...

AŞPA Bürosunun növbəti iclasında Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır

Siyasət Materials 30 Avqust 2013 14:24 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun senytabrın 2-də Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək növbəti iclasında Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi ilə bağlı məsələsinin müzakirə olunması planlaşdırlır.
AŞPA Bürosunun növbəti iclasında Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır

Azərbaycan, Bakı, 30 avqust / Trend, müxbir S.Əhmədova /

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosunun sentyabrın 2-də Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək növbəti iclasında Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi ilə bağlı məsələnin müzakirə olunması planlaşdırlır. Trend-in məlumatına görə, bu barədə AŞPA Bürosunun saytında bildirilir.

Məlumatda bildirilir ki, iclasda oktyabrın 9-da Azərbaycanda və oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin müşahidəsinə dair məsələlərin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, AŞ PA Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bakıya 32 nəfərdən ibarət nümayəndə heyəti göndərəcək.

Nümayəndə heyəti oktyabrın 7-dən 10-a kimi Bakıda olacaq.

Bundan əvvəl AŞPA-dan Trend-ə verilən məlumatda bildiriblər ki, 7 nəfərdən ibarət nümayəndə heyəti isə seçkiqabağı vəziyyətin monitorinqini keçirmək üçün senytabrın 10-dan 13-ə kimi Bakıda olacaq.

Sözügedən nümayəndə heyətinin sentyabrın 13-də mətbuat konfransı keçirməsi planlaşdırılır.

AŞ PA seçkiləri izlədikdən sonra yekun hesabat qəbul edəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti