Azərbaycan, Bakı, 30 avqust /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha Malayziyanın Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir: "Əlahəzrət,Malayziyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri və dostluq əlaqələri genişlənərək və inkişaf edərək, ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".
Sonda dövlət başçısı malayziyalı həmkarına bu əlamətdar gündə ən xoş arzularımı yetirib, dost Malayziya xalqına daim əmin-amanlıq və rifah diləyib.