...

Elmar Məmmədyarov Böyük Britaniyaya səfər edəcək

Siyasət Materials 2 Sentyabr 2013 17:19 (UTC +04:00)
Cari ilin 3-5 sentyabr tarixlərində xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olacaq.
Elmar Məmmədyarov Böyük Britaniyaya səfər edəcək

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Cari ilin 3-5 sentyabr tarixlərində xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olacaq.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər əsnasında nazir Elmar Məmmədyarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, parlamentin xarici əlaqələr və enerji məsələləri üzrə komitələrinin üzvləri və BP şirkətinin baş icraçı direktoru Lamar Makkey ilə görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində, həmçinin nazir Elmar Məmmədyarovun Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda çıxışı və Böyük Britaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşləri də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti