...

Elmar Məmmədyarov: Azərbaycan iqtisadiyyatının enerji sektoru ölkəmizlə yanaşı regionun da inkişafına böyük töhfə verir

Siyasət Materials 4 Sentyabr 2013 12:16 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatının enerji sektoru ölkəmizlə yanaşı regionun da inkişafına böyük töhfə verir.
Elmar Məmmədyarov: Azərbaycan iqtisadiyyatının enerji sektoru ölkəmizlə yanaşı regionun da inkişafına böyük töhfə verir

Azərbaycan, Bakı, 4 sentyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycan iqtisadiyyatının enerji sektoru ölkəmizlə yanaşı regionun da inkişafına böyük töhfə verir. Trend-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 3-də Londona səfəri çərçivəsində Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda ölkəmizə və regionumuza maraq göstərən beynəlxalq ekspertlərlə görüşü zamanı deyib.

Görüş əsnasında nazir Azərbaycanın xarici siyasətinin prioritetləri və dünya birliyi ilə əlaqələri, eləcə də Azərbaycan-Böyük Britaniya münasibətləri və ölkəmizin Avropa İttifaqı və NATO ilə əməkdaşlığı haqqında geniş məlumat verib.

E.Məmmədyarov Azərbaycanın qeyri-neft sektorunda da geniş iqtisadi potensialın mövcud olduğunu qeyd edib və son illər ərzində bu sahənin inkişaf etdirilməsinə mühüm sərmayələr qoyan ölkəmizin qonşu dövlətlər və Avropa İttifaqı ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsindən danışaraq, bu münaqişənin regionun inkişaf potensialının tam şəkildə istifadə edilməsi üçün ən ciddi maneə olduğunu vurğulamışdır.

Görüş zamanı nazir Məmmədyarov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti