Prezident İlham Əliyev: Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada 24 saat ərzində içməli su olmasın (FOTO)

Prezident İlham Əliyev: Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada 24 saat ərzində içməli su olmasın (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi: "Sabahınız xeyir olsun!

Sizi ürəkdən salamlayıram və bu gün burada açılacaq böyük layihənin icra edilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu, böyük tarixi layihədir. Biləsuvar şəhərinin içməli su ilə təminatı artıq bundan sonra 100 faiz təşkil ediləcəkdir. Bu, böyük nailiyyətdir, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problemi həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər 100 faiz su ilə təmin ediləcəkdir və 24 saat ərzində təmiz içməli su verilməlidir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bundan sonra kəndlərə də su xətləri çəkiləcəkdir və beləliklə, uzun illər qalmış bu problemi biz birdəfəlik həll edirik.

Bildiyiniz kimi, təmiz içməli su insanların sağlamlığını təmin edir. Biz isə istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, xəstələnməsinlər və Azərbaycanda bütün sahələrdə ən yüksək standartlar tətbiq edilsin. Ona görə, içməli su və kanalizasiya xətlərinin çəkilişi bu gün Azərbaycanda hər bir bölgədə icra edilir. Bu, bəzi rayonlarda artıq istifadəyə verilmişdir, bəzi rayonlarda icra edilir, bəzi rayonlarda isə hazırlıq işləri gedir. Ancaq Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada 24 saat ərzində içməli su olmasın. Eyni zamanda, bununla paralel olaraq bir çox kəndlərdə də içməli su layihələri təmin ediləcəkdir, o cümlədən Biləsuvarda. Beləliklə, biz bu insanları həmişə narahat edən ən əsas problemi həll edəcəyik.

Bununla yanaşı, Biləsuvarda digər infrastruktur layihələri, o cümlədən qazlaşdırma layihəsi uğurla icra edilir. Mənə verilən məlumata görə, rayon təqribən 90 faiz qazlaşdırılıbdır. Bu ilin sonuna qədər bir neçə kəndin qazlaşdırılması nəzərdə tutulur. Biləsuvarda qazlaşdırma 100 faiz təmin ediləcəkdir. Yəni, bunlar əsas infrastruktur layihələridir ki, Azərbaycan dövləti bunları uğurla, ardıcıllıqla icra edir. Bildiyiniz kimi, bu layihələr böyük maliyyə vəsaiti tələb edir. Bütün maliyyə vəsaiti isə Azərbaycan dövlət büdcəsi hesabına formalaşır və ildən-ilə artan maliyyə imkanlarımız imkan verir ki, biz belə gözəl layihələri icra edək.

Bütün uğurlarımızın təməlində güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Ölkəmiz son 10 il ərzində iqtisadi sahədə dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Dünyada 200-dən çox ölkə vardır. Bütün beynəlxalq qurumların hesablamalarına, statistikaya görə, son 10 ildə iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bütün bunlar reallıqdır və bu reallığın arxasında düşünülmüş siyasət və xalqla iqtidar arasında olan birlik dayanır. Çünki bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bütün təşəbbüslərimiz Azərbaycan xalqının daha da yaxşı yaşamasına yönəldilib. Bu layihələr, o cümlədən digər infrastruktur layihələri bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları rahat yaşasınlar, rifah içində yaşasınlar, bütün sosial problemlər öz həllini tapsın və bütün infrastruktur layihələri ən yüksək səviyyədə təşkil edilsin.

Hər bir şəhərdə, o cümlədən Biləsuvarda içməli su layihələri 2035-ci ilə qədər əhalinin təbii artımını nəzərə almaqla hesablanır. Bildiyimə görə, artıq suyun verilməsi başlamışdır və yaxın zamanlarda bütün şəhəri əhatə edəcəkdir. Bir sözlə, bu layihə həm əhəmiyyətlidir, həm də böyük rəmzi məna daşıyır. Çünki ancaq müstəqil Azərbaycanda belə layihələr icra edilə bilər. Ancaq müstəqillik dövründə ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilə bilər. Çünki bizim taleyimiz öz əlimizdədir və bu gün Azərbaycan xalqı gündən-günə daha da yaxşı yaşayır, Azərbaycan dövləti daha da möhkəmlənir və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələri də canlandırır.

Mən Biləsuvarda dəfələrlə olmuşam. Əvvəlki dövrlərdə də, prezidentlik dövrümdə də olmuşam. Bu, mənim Prezident kimi dördüncü səfərimdir. Burada gedən abadlıq-quruculuq işləri əlbəttə ki, məni sevindirir. Əminəm ki, sizi də sevindirir. İndiki Biləsuvar əvvəlki ilə müqayisəedilməz dərəcədə inkişaf edibdir. Gözəl şəhər yaradılıbdır. Gözəl binalar tikilir, küçələr abadlaşıb. Bax, bu meydan yox idi. Yeni tikilib. Yəni, hər şey etmək mümkündür. Gözəl Heydər Əliyev Mərkəzi, icra hakimiyyətinin yeni binası, park. Yəni, hər şey insanlar üçün edilir. Bizim şəhərlərimiz deyə bilərəm ki, sürətlə abadlaşır, yeni görkəm alır. İnsanların rahatlığı üçün işlər görülür. Əvvəlki dövrdə də Biləsuvarda müxtəlif layihələr icra edilmişdir. Olimpiya Mərkəzi, məktəblər tikilmişdir, zavodlar işə salınmışdır, iş yerləri açılmışdır. Kənd yolları tikilmişdir. İki böyük kənd yolu layihəsi icra edilir.

Kənd yolları problemi Biləsuvarda tam şəkildə həll ediləcəkdir. Qazlaşdırma dediyim kimi, 90 faizdir, 100 faizə çatacaqdır. İçməli su şəhəri tam əhatə edəcəkdir, kəndlərə də çəkiləcəkdir. Budur bizim bugünkü reallıqlarımız. Biləsuvarın timsalında biz regionların inkişafını, dövlət siyasətinin nəticələrini görürük. Əlbəttə ki, bütün bu layihələrin içərisində insanların sağlamlığına xidmət edən layihə xüsusi yer tutur. Bax, bu layihə onların arasında bəlkə də ən önəmlisidir.

Bilirəm ki, Biləsuvarda rayon mərkəzi xəstəxanasının vəziyyəti o qədər də yaxşı deyildir. Biz xəstəxananın təmirini də təşkil edəcəyik. Azərbaycanda bir dənə də gözəl xəstəxanası olmayan şəhər olmamalıdır. İndi ətraf bölgələrdə də, rayonlarda da xəstəxanalar tikilib və təmir edilib. Biləsuvarda da bu iş görüləcəkdir.

Əlavə hər hansı bir təklifiniz, xahişiniz olarsa, siz mənə, əlbəttə ki, yerli icra orqanlarına çatdırın ki, biz növbəti investisiya proqramlarımızda bütün bunları nəzərə alaq. Çünki bizim vəzifəmiz insanlara xidmət etməkdir. Bu gün güclənən Azərbaycan bir daha demək istəyirəm ki, bütün görülən işlərin məntiqi nəticəsidir. Bir daha sizi salamlayıram və gözəl hadisə münasibətilə təbrik edirəm".

Rayon Mərkəzi Xəstəxanasının həkimi Xoşbəxt Ağayeva ölkənin bütün rayonları kimi, Biləsuvarın da inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi: "Cənab Prezident, icazə verin Sizi bütün Biləsuvar ictimaiyyəti adından salamlayım. Doğma Biləsuvarımıza xoş gəlmisiniz.

Bu gün biləsuvarlıların həyatında möhtəşəm bir gündür. Bu gün Siz biləsuvarlılara təmiz içməli su verəcəksiniz. Su həyat, təmizlik, sağlamlıq deməkdir. Siz bununla minlərlə biləsuvarlılara həyat verəcəksiniz, sağlamlıq verəcəksiniz.

İcazə verin, bu böyük problemi həll etdiyinizə görə, Sizə bütün biləsuvarlıların adından dərin minnətdarlığımı bildirim.

Mən onu qeyd etməliyəm ki, artıq bu, bir ənənə halını almışdır, Siz bölgələrimizə, regionlarımıza səfərlər edirsiniz. Bu cür açılışlarda vaxtınızın az olmağına baxmayaraq, şəxsən özünüz iştirak edirsiniz. Bax bu gün olduğu kimi, insanların sevincinə şərik olursunuz, onlarla bu sevinci bölüşürsünüz. Bu da onu göstərir ki, Siz xalqa nə qədər yaxınsınız və xalqın qayğısına nə qədər qalırsınız. Bu, bizim insanlarda yüksək əhval-ruhiyyə yaradır.

Möhtərəm Prezidentimiz, bizə məlumdur ki, Biləsuvar son 10 ildə çox sürətlə inkişaf etmiş, simasını olduqca dəyişmiş, füsunkar bir bölgəyə çevrilmişdir. Bu gün Biləsuvarda yeni-yeni yollar çəkilir, abadlıq işləri gedir. Müasir üslubda salınan parklar, yaşayış məntəqələri insanlara xüsusi zövq, xüsusi rahatlıq verir. Bu inkişaf, bu tərəqqi son 10 ildə təkcə Biləsuvarda deyil, bütün Azərbaycanımızda getmişdir. Azərbaycan son 10 ildə simasını olduqca dəyişmiş, çox qüdrətli bir ölkəyə çevrilmişdir. Biz bu qüdrətli ölkənin vətəndaşları olmağımızdan qürur duyuruq. Bütün bunlar isə Sizin gərgin əməyinizin, yorulmaz fəaliyyətinizin nəticəsidir.

Cənab Prezident, bütün Azərbaycan xalqı kimi, biləsuvarlılar da bax bu əmin-amanlığın, bu sabitliyin, bu inkişafın, bu tərəqqinin davamını istəyirlər. Bunu bizə yalnız Siz verə bilərsiniz və verəcəksiniz də.

Mən isə biləsuvarlılar adından Sizi əmin edirəm ki, biz həmişə Sizinlə olmuşuq, bundan sonra da Sizinlə olacağıq. Ulu Tanrı Sizi qorusun!"

Prezident İlham Əliyev: Sağ olun. Mən burada köhnə dostumu da görürəm. Gərək onunla görüşəm. 2000-ci ildə parlament seçkiləri ərəfəsində, mən o vaxt seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının rəhbəri kimi iştirak edirdim, bölgələri gəzirdim. Yadımdadır, maşınla keçib cənub zonasına gedirdim. Bu yoldaş durmuşdu yolda, məni salamlayırdı və mən də maşını saxladım, tanış olduq. O vaxtdan bu günə qədər, 10 ildən çoxdur ki, bizim dostluğumuz davam edir. Çoxdandır görməmişəm. Dəyərli, sədaqətli insandır. Şadam ki, həmişə olduğu kimi, fəalların içərisindəsən.

Sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı sisteminin, Şirvan-Muğan qrup su kəmərinin baş planları və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Layihə barədə məlumat verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirdi ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından çəkilən "Cənub" kanalından təmin olunurdu. Şəhərdə sutəmizləyici qurğu olmadığından kanal suyu çökdürülərək əhaliyə verilirdi. Şəhərin 21 min sakininin təxminən 50 faizinə yerli Sukanal İdarəsi tərəfindən xidmət göstərilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Şəhər əhalisinə içməli su həftənin 5 günü cədvəl üzrə 7-8 saat ərzində verilirdi. İstismarda olan su xətləri isə yararsız vəziyyətdə idi. Kanalizasiya sistemi ümumiyyətlə olmayıb.

Sonra dövlətimizin başçısına "Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi haqqında məlumat verildi. Qeyd olundu ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən Biləsuvar şəhərinə içməli su yeni mənbədən - Şirvan-Muğan qrup su kəmərindən verilir. Bu məqsədlə Salyan şəhəri yaxınlığındakı anbardan 57 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilib. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan iki su anbarı tikilib. Yeni layihəyə əsasən şəhərə saniyədə 158 litr su veriləcək ki, bu da istehlakçıların tələbatını tam ödəyəcək. Biləsuvar şəhərində 89 kilometrlik paylayıcı su şəbəkəsində işlər tam yekunlaşıb, 4430 ünvanın hamısı yeni şəbəkəyə qoşulub. Layihəyə uyğun olaraq Biləsuvar şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılır. 88 kilometr kanalizasiya şəbəkəsinin 70 kilometrlik hissəsinin tikintisi başa çatıb, 3 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Tullantı suları şəhərin kənarında tikiləcək çirkab sutəmizləyici qurğuya ötürüləcək. İcrasına 2011-ci ilin oktyabrında başlanan və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihə 2014-cü ildə tam başa çatdırılacaq. Biləsuvar şəhərini içməli su ilə təmin edən Şirvan-Muğan qrup su kəməri rayonun 24 kəndini də içməli su ilə təmin edəcək.

Prezident İlham Əliyevə Şirvan-Muğan qrup su kəməri haqqında da məlumat verildi. Kəmərin təməli 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulub. Kür və Bakı su kəmərləri ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan qrup su kəməri vasitəsilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin həmin rayonların 121 kəndinin tələbatının ödənilməsinə imkan verəcək. Kəmərin istismara verilməsi ilə 470 min əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaq. Artıq 2013-cü ilin aprelindən Hacıqabul, iyulundan isə Şirvan şəhərinə bu kəmər vasitəsilə su verilir.

Layihələrlə tanışlıqdan sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Azərbaycanda 437 nəfər COVID-19-dan sağalıb, 209 nəfər yoluxub, 8 nəfər vəfat edib
Erməni təcavüzü nəticəsində Horadizdə dağılan evlər bərpa olunur (FOTO)
Elton Məmmədova yeni vəzifə verildi
Bakıda daha bir yol qəzası: Tıxac yaranıb
Yerevanda mitinq: Hökumətin istefası tələb edilir
Tərtərdə traktorçunun minaya düşməsi ilə bağlı araşdırma başladı
Azərbaycan yığmasının AVRO-2023 rəqibləri məlum olub
FHN yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinə dair müraciət yayıb
Azərbaycan İlahiyyat İnstitutunda “Bədən dili” mövzusunda onlayn vebinar keçirilib (FOTO)
YAP “Vahid Rusiya” partiyasına etiraz məktubu ünvanlayıb
Bakıda piyada vuruldu, yolda tıxac yaranıb
Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı
"Şuşa, səni dirçəldəcəyik!" deyən Müzəffər Ali Baş Komandan vədini reallığa çevirir - Vüqar Rəhimzadə
UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıb
15 yaşlı qıza təcavüz edən sabiq polis həbs edildi - Prokurorluq
“Yelo Bank” açıq tender elan edir
Qubada karantin rejimini pozan dönərxana aşkarlanıb
Türkiyə ABŞ və Çindən sonra ən çox vaksin layihəsi reallaşdıran ölkədir - Ərdoğan
Bank Respublika 2020-ci ildəki hədəflərinə uğurla çatıb
Xızıda mağazadan oğurluq edən şəxs saxlanıldı (FOTO)
Dövlət başçısının Şuşaya xüsusi nümayəndə təyin etməsi böyük quruculuq işlərinin növbəti müjdəsidir - Deputat
Yelo bankdan gömrük işçiləri üçün xüsusi kampaniya
Pomidor ixracının artırılması üçün Azərbaycanda işçi qrupu yaradılıb
Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub, vəziyyəti orta-ağırdır (FOTO)
Moskvada Qarabağ üzrə üçtərəfli işçi qrupunun müzakirə edəcəyi məsələ açıqlanıb
Bakıda daha bir yol kəsişməsində işıqfor quraşdırıldı
Qazimizlə görüşülüb və dəstək işləri aparılır
Məmurlardan hədə yolu ilə pul tələb edən şəxsin həbs müddəti azaldıldı
İranda gün ərzində 6,5 min nəfər koronavirusa yoluxub, 85 nəfər koronavirusdan ölüb
Vaksinasiya bu müddətə müsbət nəticə verəcək - Komitə sədrindən AÇIQLAMA
Qanunsuz beynəlxalq pul köçürmələri edən şəxs həbs olunub
Millət vəkili Naqif Həmzəyev Gəncə Hava Limanına Nizami Gəncəvinin adının verilməsini təklif edir
Xəzərin səviyyəsi ilə bağlı proqnozlar ağlabatan deyil - Coğrafiya İnstitutu
Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına maraq göstərir (FOTO)
Cənub Qaz Dəhlizinin tamamlanması ABŞ diplomatiyası üçün mühüm mərhələ oldu - Amerikalı siyasətçi
“Azernews” “USA Today” qəzetinin moderatorluğu ilə keçirilmiş beynəlxalq tədbirə dəvət olunub
Şahdağ Milli Parkında ova cəhd edən şəxs cəzalandırılıb
Yaşı 65-i keçənlər, şəkər, ürək xəstələri vaksinasiyaya birinci mərhələdə cəlb olunmalıdır - Direktor
"AzeriCard" və "Visa" yeni mobil platforma hazırlayır
AŞ PA Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edib
Almaniya alternativ enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir - Almaniya XİN
Nəcməddin Sadıkov xidmətdə deyil - Müdafiə Nazirliyi
Fevraldan dissertasiya şuralarının fəaliyyətə başlaması tövsiyə olunur - Komissiya sədri
Ermənilər Xocavənddə rus kilsəsini də dağıdıblar - Trend TV-nin REPORTAJI
Bəlkə də Şuşa əməliyyatı haqda əvvəlcədən danışılsaydı, heç kim bunun mümkünlüyünə inanmazdı - Deputat
Azərbaycan Qazaxıstana pomidor ixracını kəskin artırıb
SOCAR və “Palmali” arasındakı mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb
Sabah Bakıda güclü külək əsəcək
Azərbaycan Yaponiya və Pakistanda ticarət evləri aça bilər
Yük maşınındakı hava balonunun içərisindən 5 kiloqram qızıl aşkarlandı (VİDEO)
"Böyük Qayıdış” reallığa çevrilən ən böyük arzumuzdur! - Kamaləddin Qafarov
Qayınatası gəlinini doğrayıb bu zibilliyə atıb - Hadisə yerindən görüntülər (FOTO/VİDEO)
Azad olunmuş ərazilərdə 87 yeni abidə aşkarlanıb - Xidmət rəisi
Ombudsmanın tapşırığı ilə Şəki Qarışıq Tipli Uşaq Evində başçəkmə həyata keçirilib (FOTO)
Ötən il ən çox bu markanın avtomobilləri satılıb
Millət vəkili Sevil Mikayılova Xudatda seçiciləri ilə görüş keçirib (FOTO)
Azərbaycana gələn türkiyəli psixoterapevtlər 100-ə yaxın şəhid və qazi ailəsinə yardım göstərib
Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib (FOTO)
Rusiyada daha 575 nəfər koronavirusdan ölüb
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Nazirliyin Qızılağacda güllələnən əməkdaşlarının müalicəsi davam edir - Xidmət rəisi
Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Təhsil Nazirliyində vətəndaşların qəbulu aprelin 1-dək dayandırılır
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağacın əkilməsi aksiyası İspaniyada mükafata layiq görülüb (FOTO)
Oğurlanan metal əşyalarla bağlı qəbul məntəqələrinə mütəmadi baxış keçirilir - DİN
Rəmişin ölümü barədə xəbərlər həqiqəti əks etdirmir - RƏSMİ
Unibank 2020-ci ili mənfəətlə başa vurub
Ermənistanda genişmiqyaslı mitinq elan olunub
Karantini pozan çayxananın icarədarı və müştərilər cərimələnib
TAP buraxılış gücünün iki dəfə artırılması üzrə sınaq nəticəsinin vaxtını açıqlayıb
Ova qadağa nadir heyvan növlərinin sayını artırıb - Vəhşi təbiətdən görüntülər (VİDEO)
Bölgələrdə mineral gübrələrin səyyar satışına hazırlıq işləri başa çatır (FOTO)
Qanunsuz ovçuların izinə düşən Qızılağac Milli Parkının əməkdaşları güllələndi
Növbəti satışda 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib oldu
Vətən müharibəsi şəhidinin övladına Şuşa adı verildi
Vikipediyanın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib
Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı
Azərbaycanda ilk dəfə nağdsız əməliyyatların həcmi nağd dövriyyəni üstələyib - Zakir Nuriyev
Yeni məzmunlu magistr proqramları hazırlanıb - Emin Əmrullayev
Bu il yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq - Nazir
TAP gələcəkdə hidrogen nəql edə biləcək - İcraçı direktor
Sabirabad sakinindən 3 kiloqramdan artıq narkotik götürüldü (FOTO)
Köçəri quşların ölkəmizdən keçməsi quş qripi riskini artırır - AQTA (FOTO)
Millət vəkili Sevil Mikayılova Xudatda şəhid ailələri ilə görüşüb (FOTO)
DİN Bakıda gəlinini doğrayan kişinin tutulması ilə bağlı məlumat yaydı
Bakıda doğranmış meyiti tapılan qadını qayınatası qətlə yetirib
Türkiyədə koronavirusa qarşı immunitet qazandıran preparat yaradılıb (FOTO/VİDEO)
Bakı-Sumqayıt yolunda təmir işlərinin 1-ci hissəsi yekunlaşır (FOTO)
Sıxlığın həlli üçün çəkilən avtobus zolaqları özü sıxlıq yaradır - Nəzarət gücləndirilməlidir (FOTO)
Son bir ildə əmək qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın fakt aşkarlanıb
Kafe və restoranlar həftəsonları da işləyəcək - RƏSMİ
Saray qəsəbəsində silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb (FOTO/VİDEO)
Rusiya aviaşirkəti Azərbaycana müntəzəm reysləri dayandıracaq
Azərbaycan üçün müharibə veteranlarına, şəhid ailələrinə dəstək prioritetdir - "Azernews" qəzeti
Qarabağ qazisindən əlilliyə görə rüşvət alan şirkət müdirinin məhkəməsi başlayır
Yelo Bankın biznes kreditlərinin həcmi 18% artıb
Kəlbəcərin Alıbəyli kəndi (FOTO/VİDEO)
Dövlətə xəyanətdə təqsirləndirilən iki nəfərin məhkəməsi başlayır
Yeni qaz sayğacları artıq sərfiyyat hesablayır? - “Azəriqaz”ın Baş direktoru sualları cavablandırdı (MÜSAHİBƏ)
Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı yeni sənəd təsdiq ediləcək
Bütün xəbərlər