Azərbaycan, Bakı, 4 sentyabr /Trend/
ABŞ-ın müdafiə naziri Çak Heygel hesab edir ki, Rusiya və digər ölkələr Bəşər Əsədi kimyəvi silahla təchiz edir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Çak Heygel bunu Konqres dinləmələrində deyib.
"Sirr deyil ki, Əsəd rejimi kimyəvi silah ehtiyatı toplayıb" - deyə Heygel bildirib.
Konkret olaraq, hansı ölkədən silahın gəlməsi haqqında konqresmenin sualını cavablandıran müdafiə naziri söyləyib ki, Rusiya və digər ölkələr Suriyaya kimyəvi silah çatdırır.