...

İlham Əliyev Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 5 Sentyabr 2013 00:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 4-də yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edib.
İlham Əliyev Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 4-də yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, avtomobil yolunun tikintisinə bu ilin aprelində başlanıb. Yolun ümumi uzunluğu 46 kilometrdir. Yolboyu 26 su keçidi quraşdırılıb.

Yardımlı-Deman-Arvana avtomobil yolu 23 yaşayış məntəqəsini əhatə edir. Yolun tikintisi rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti