...

Britaniyanın Suriyada kimyəvi silahdan istifadəyə dair yeni dəlilləri var

Siyasət Materials 6 Sentyabr 2013 04:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Böyük Britaniyanın Baş naziri Devid Kemeron ölkəsinin əlində Dəməşqdə kimyəvi silahdan istifadəyə dair yeni dəlillər olduğunu söyləyib.

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Rusiyada keçirilən G20 sammitində iştirak edən D.Kemeron BBC-yə açıqlamasında Dəməşqdən gələn nümunələrin İngiltərədəki "Porton Down" laboratoriyalarında təhlil edildiyini bildirib.

Baş nazir deyib: "Dəlillərin hər ötən gün artdığını düşünürəm. "Porton Down" laboratiyalarında Dəməşqdən gələn bəzi nümunələr üzərində işləyirik. Bu nümunələr Dəməşq ətrafında kimyəvi silahdan istifadə edildiyini göstərir".

Xəbər lenti

Xəbər lenti