...

Almaniya Suriyaya hücumla bağlı bəyanata qoşuldu

Siyasət Materials 7 Sentyabr 2013 19:10 (UTC +04:00)
Almaniya Suriyada kimyəvi silahdan istifadəyə görə, sərt reaksiyanın verilməsini tələb edən bəyanata qoşulan 20-ci dövlət oldu. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu haqda Almaniyanın XİN rəhbəri Qido Vestervelle məlumat verib.
Almaniya Suriyaya hücumla bağlı bəyanata qoşuldu

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Almaniya Suriyada kimyəvi silahdan istifadəyə görə, sərt reaksiyanın verilməsini tələb edən bəyanata qoşulan 20-ci dövlət oldu. Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu haqda Almaniyanın XİN rəhbəri Qido Vestervelle məlumat verib.

"Almaniyanın kansleri Angela Merkel və mən birgə bəyanatın dəstəklənməsi haqqında qərar qəbul etdik" - deyə Vestervelle əlavə edib.

Qeyd edək ki, sözügedən bəyanat ABŞ-ın BMT-nin mandatı olmadan Suriyaya qarşı hərəkətə keçməsini nəzərdə tutur.

Ağ Evin yaydığı bəyanatı Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə, Böyük Britaniya və ABŞ imzalayıb. ALmaniya isə bu bəyanata qoşulan 5-ci Avropa dövləti oldu.

Xəbər lenti

Xəbər lenti