Prezident işləməsin?

Prezident işləməsin?

Mübariz Qurbanlı - YAP-ın icra katibinin müavini, millət vəkili

Azərbaycan müxalifətinin radikal qanadına mənsub olan dairələrin nümayəndələri Prezident İlham Əliyevin seçkiyə qədər dövlət başçısı kimi fəaliyyətini dayandırmasını və faktiki olaraq işləməməsini təklif edirlər. Məsələn, ölkəyə yeni gələn səfir öz etimadnaməsini Prezidentə təqdim etmək istəyirsə, gərək etməsin, gözləsin. Və ya maaşının artımını arzulayan vətəndaş bu fikirlərdən əl çəkməlidir, müxalifət hesab edir ki, olmaz. Yaxud yollarda nəqliyyat, ölüm hadisələrinin qarşısını almaq üçün yeraltı keçid, körpü istifadəyə hazırdırsa, gərək bağlı saxlansın. Piyadaların, avtomobil sürücülərinin keçid, körpü hazır ola-ola təhlükə ilə üz-üzə qalmasına göz yummaq olar, təki seçkiyə qədər açılmasın. Ölkənin təhlükəsizliyi və ya xarici siyasəti ilə bağlı vacib və təxirəsalınmaz hər hansı bir addım, tədbir, görüş bu əcaib təklif verənlərə görə ertələnməlidir. Bu siyahını çox uzatmaq mümkündür...

Bütün bunlara bir izah verilir ki, İlham Əliyev prezidentliyə namizəddir, nə iş görürsə xalqın dəstəyini qazanır, belə olmaz.

Siyasi mübarizədə nihilist və məntiqsiz mövqe nümayiş etdirən radikal müxalifətin "başbilənləri" bu dəfəki seçkilərdə bu tipli əcaib təklifləri ilə özlərini çox gülünc vəziyyətə qoyublar. Axı harada yazılıb ki, prezidentliyə namizəd olan hazırkı prezident dövlət başçısı səlahiyyətlərindən imtina etməlidir?

Müxalifətdə hesab edirlər ki, hələ təbliğat-təşviqat dövründən öncə əgər telekanallar prezidentin günlük fəaliyyəti ilə bağlı 50 saniyə, 1 dəqiqə xəbər verirsə, bu, normaldır, əks halda anormaldır. Telejurnalistikadan az da olsa baş çıxaran adam bu "arqumentə" sadəcə istehza ilə baxır. Çünki xəbər süjetinin xronometrajını xəbərin operativliyi, mahiyyəti müəyyən edir. Bu məntiqlə Prezident əgər Qarabağ danışıqları ilə bağlı xalqa mühüm mesaj çatdırmaq istəyirsə, o zaman onun danışığı efirdə yarımçıq kəsilməlidir ki, 50 saniyə keçdi...

Radikal müxalifətin nəzarətində olan KİV-dən düşməyən daha bir "arqument" var: təbliğat-təşviqat üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsi 21 gün vaxt verir, amma respublikanın 80-ə yaxın rayonu var, bəs hər bir rayonda olmaq üçün hakimiyyət vaxt qoymur. Adamdan soruşarlar ki, yaxşı, ötən prezident seçkilərindən keçən 5 il ərzində bu rayonlar niyə yada düşməyib? Bir az da dərinə getsək, 20 ildir hakimiyyət əleyhinə təbliğat aparan dairələr əgər bu illər ərzində haqqında bəhs etdiyi çoxsaylı tərəfdara, elektorata sahibdirsə, niyə gün dərdi çəkir? Əslində, bu, müxalifətin hansı gündə olduğunu göstərir. Seçkilərə hazırlıq seçki başa çatan günün səhəri başlayır. Deyəsən, bunu anlamırlar... Ona görə də radikal müxaliflər tarixçi Cəmil Həsənlini irəli verərək onun arxasında gizləniblər. Cəmil Həsənliyə niyə buna razı olub, bunu təftiş etməyəcəm, çünki prezident seçkisində namizəd kimi iştirak etmək vətəndaşa verilən konstitusion hüquqdur.

Politologiya elmi sübut edib ki, siyasətçi üçün nəzəriyyə ilə bərabər, praktika çox əhəmiyyətli rol oynayır. Tədqiqatçı-alim, politoloq olmaq, müəyyən nəzəri məsələləri öyrənmək, pafoslu nitqlər söyləmək dövlət idarəçiliyi kimi məsuliyyətli bir vəzifəni daşımaq üçün yetərli deyil. Nəzəriyyə ilə praktika vəhdətdə deyilsə, prezidentliyə iddialı olanın müəyyən idarəçilik təcrübəsi yoxdursa, nəticə yaxşı olmayacaq.

Bu səriştəsizlik özünü hər yerdə göstərir. Məsələn, Cəmil Həsənli deyir ki, "o vətəndaş ki, 1 manatını bizim seçki kampaniyamıza vermək qayğısı ilə yaşayacaq, o, bizim tərəfdarımızdır". Tərəfdarları saymaq üçün hesabı yoxlamaq da olar: cəmi 509 manat. Əgər kimsə, 1 manat yox, 2 manat veribsə, onda tərəfdarları saymaq bir az da qəlizləşir...

Cəmil Həsənli bəlkə də müəllim kimi tələbələrinə pul gözü ilə baxmayıb, amma indi vətəndaşlara, məhz bu cür baxır, onları bu cür ayırır. Nə isə, gözdən düşmək çox pis şeydir...

Siyasətdə radikallığı özlərinə yol seçənlər gərək tarixdən ibrət alsınlar. Amma görünən budur ki, ibrət ala bilmirlər.

TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 6 113 nəfər sağalıb
Şahbuzda zəlzələ qeydə alınıb
Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq
Böyük Britaniyada gün ərzində 1,3 min insan COVID-19-dan ölüb
Azərbaycan və Fransa XİN başçıları telefonla danışıblar
Gəncədə ev yanıb
Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xəzərdə DOSTLUQ qalib gəldi - Prezident İlham Əliyev yeniliklərin olacağını anons etmişdi
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağda xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu
Azərbaycan nefti bahalaşıb
Kürdəmirdə 18 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
SOCAR hava şəraiti ilə əlaqədar platformalarda açıq sahələrdə işləri dayandırıb
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır
İşğaldan azad olunan ərazilərdə yeni layihənin icrası planlaşdırılır
Bütün xəbərlər