...

İsmət Yılmaz: Türkiyənin Suriya məsələsi üzrə mövqeyi sülh prinsiplərinə əsaslanır

Siyasət Materials 10 Sentyabr 2013 16:24 (UTC +04:00)
Türkiyənin Suriya məsələsi üzrə mövqeyi yalnız sülh prinsiplərinə əsaslanır.
İsmət Yılmaz: Türkiyənin Suriya məsələsi üzrə mövqeyi sülh prinsiplərinə əsaslanır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Suriya məsələsi üzrə mövqeyi yalnız sülh prinsiplərinə əsaslanır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz deyib.

İ.Yılmazın sözlərinə görə, bir sıra KİV-də Suriya müxalifətinə yardımın Türkiyənin hava limanları vasitəsilə göndərildiyi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.

Nazir qeyd edib ki, bir sıra ölkələr digər dövlətlərin ərazisində olan suriyalı qaçqınlara humanitar yardımın çatdırılmasına kömək etmək məqsədilə Türkiyəyə müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti