...

Riçard Morninqstar MSK sədrindən seçkilərin hazırkı mərhələsində görülən işlərlə maraqlanıb

Siyasət Materials 12 Sentyabr 2013 16:03 (UTC +04:00)
Sentyabrın 12-də ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.
Riçard Morninqstar MSK sədrindən seçkilərin hazırkı mərhələsində görülən işlərlə maraqlanıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Sentyabrın 12-də ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Səfir seçkilərin hazırkı mərhələsində görülən işlər və planlaşdırılan layihələrlə maraqlanıb.

Namizədlərin qeydə alınması prosesinin yekunlaşmaq üzrə olduğunu qeyd edən MSK sədri sentyabrın 16-dan seçkiqabağı təşviqat kampaniyasına start veriləcəyini diqqətə çatdırıb. O, bildirib ki, qeydə alınmış namizədlərin seçki qanunvericiliyinə uyğun təşviqat aparmaları üçün bütün lazımi şərait yaradılıb.

M.Pənahov qarşıdan gələn seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün atılmış addımlardan söz açıb, qonağı maraqlandıran digər sualları cavablandırıb.

Görüşdə seçkilərlə bağlı əməkdaşlığın perspektivləri barədə də müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti