Səfir: İtaliya hökuməti mövcud status-kvonu Dağlıq Qarabağ münaqişəsinin həlli variantı saymır (MÜSAHİBƏ)

Səfir: İtaliya hökuməti mövcud status-kvonu Dağlıq Qarabağ münaqişəsinin həlli variantı saymır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir S.Ağayeva/

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonun Trend-ə müsahibəsi

- Azərbaycan və İtaliya arasında ikitərəfli əlaqələrin cari vəziyyətini necə qiymətləndirirsiniz? Gələcəkdə sizin Azərbaycanda fəaliyyətinizin əsas prioritetləri nə olacaq?

- Əvvəlcə onu qeyd etmək istərdim ki, İtaliyanın Azərbaycanda səfiri təyin olunmağımı böyük ruh yüksəkliyi ilə qarşıladım. İtaliyanın böyük populyarlıq qazandığı və bütün səviyyələrdə böyük rəğbət qazandığı bir ölkədə fəaliyyət göstərmək şəxsən mənim üçün böyük şərəfdir.

Ölkələrimiz mədəniyyətə olan dərin sevgini bölüşürlər və öz qədim mədəni kökləri ilə fəxr edirlər. Hesab edirəm ki, bu artıq bütün sahələrdə bizim yüksək ikitərəfli əlqalərimizi izah edir. Bu əlaqələr İtaliya Nazirlər Şurasının prezidenti Enriko Lettanın bu yaxınlarda Bakıya səfərindən sonra yüksək səviyyəyə çatıb.

- Hazırda İtaliya Azərbaycanın üç fəal ticarət partnyorlarından biridir. Siz iki ölkənin biznes dairələri arasında əlaqələri daha da inkişaf etdirmək üçün hansı tədbirləri görmək niyyətindəsiniz?

- Biz, şübhəsiz, ticarət və iqtisadi əməkdaşlığı, həmçinin müvafiq biznes icmalarımız arasında qarşılıqlı əlaqələri gücləndirməyə sadiqik.

Bu gün enerji sahəsi bizim tərəfdaşlığımızda vacib mərhələdir. İtaliya Azərbaycanın ilk ticarət partnyoru olub. Prezident İlham Əliyev və Baş nazir Enriko Letta avqustda iqtisadi əlaqələrimizin yüksək səviyyəsini qiymətləndirən, xüsusilə də enerji və qaz sektoru, bərpa olunan enerji, neft və neft-kimya sənayesində tərəfdaşlığımızın inkişafına yönələn növbəti addımların öz əksini tapdığı "Enerji əməkdaşlığına dair Birgə Bəyannamə" qəbul ediblər.

Bundan əlavə, İtaliya "nou-hau" və texnologiyalarına görə, eləcə də yüksək həyat tərzinə görə dünyada nüfuza malikdir. Həmçinin, italyan brend və dizaynının Bakıda təzahürünü nəzərə alsaq, daha geniş əməkdaşlıq üçün böyük potensialın olduğuna əminəm.

- İtaliya və Azərbaycan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Beynəlxalq Hüquqi Komissiyanın növbəti iclasının tarixi məlumdurmu və gündəliyə hansı məsələlər daxil edilə bilər? Yaxın zamanda İtaliya rəsmilərinin Azərbaycana səfəri planlaşdırılırmı?

- Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla bu yaxınlarda keçirilən görüşlərimdə aidiyyəti nazirlər və həmkarlarla əməkdaşlığın bütün mümkün sahələrini tədqiq etmək üçün güclü stimul aldım.

Biz bu konteksdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən iqtisadi diversifikasiya prosesində iştirak etməyə böyük maraq göstərən İtaliyanın Sənaye Konfederasiyasından (CONFINDUSTRIA) və İtaliyanın Tikinti Şirkətləri Assosiasiyasından (ANCE) olan biznes missiyasının noyabrda Bakıya işgüzar səfəri üzərində çalışırıq.

Eyni zamanda, hər iki tərəfin bu ilin sonuna kimi Birgə İqtisadi Komissiyanın növbəti görüşünün Bakıda keçirilməsi öhdəliyi var. Ümumilikdə, turizm və mədəniyyət, elm, incəsənət və texnologiya sahələrində sıx əlaqələrin inkişafı üçün Azərbaycanda italyan dilinin və mədəniyyətinin yüksək təbliği, vətəndaş cəmiyyətləri və universitetlər arasında mübadilə, xalqlar arasındakı əlaqələr vasitəsilə daha çox inkişaf edən və hərtərəfli tərəfdaşlığın təşviqini istəyirik.

- Hazırda Azərbaycan şirkətləri xaricə fəal şəkildə sərmayə yatırmağa başlayıb. İtaliya Azərbaycan sərmayələrində maraqlıdırmı?

- İtaliya azad iqtisadiyyat və rəqabətli bazardır və sözsüz ki, ölkəmə Azərbaycan sərmayələrinin yatırılması alqışlanılan haldır. Xarici sərmayələrin cəlb edilməsi xarici investorlar üçün hər zaman daha cəlbedici və dostluq mühitinin yaradılmasına sadiq qalan İtaliya hökumətinin əsas prioritetidir.

Ümumiyyətlə, mən İtaliya ictimaiyyətinin Azərbaycan haqqında daha çox biliklərinin olmasına öz töhfəmi verməyi çox istərdim. Bakıya gəlməmişdən öncə, iyul ayında ailəmlə birlikdə ziyarət etdiyim Venesiya Biennalesində gözəl Azərbaycan pavilyonuna heyran olmuşdum. Əminəm ki, İtaliya üçün qarşıdakı illərdə əsas prioritet olan "Milan EXPO 2015"-ə Azərbaycan da öz vacib və strateji töhfəsini verəcək.

- Dağlıq Qarabağ münaqişəsinin həlli təxminən 20 ildir ki uzanır. Gələn il İtaliya Avropa İttifaqına sədrlik edəcək və İtaliyanın Baş naziri Azərbaycana səfəri zamanı bəyan edib ki, ölkə münaqişənin həllinə yönəlmiş fəaliyyəti dəstəkləmək üçün müəyyən tədbirlər həyata keçirmək niyyətindədir. Sözügedən tədbirlər nələr ola bilər?

- İtaliya "Şərq Tərəfdaşlığı" çərçivəsində Azərbaycanın Avropa institutları ilə yaxınlaşmasına yönələn səylərini dəstəkləyir. İtaliyanın 2014-cü ilin ikinci yarısında Avropa İttifaqına sədrliyi bizə Aİ-Azərbaycan münasibətlərini gücləndirmək üçün daha bir imkan verəcək.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, İtaliya hökumətinin mövqeyi bəllidir: mövcud status-kvo münaqişənin həlli variantı deyil və bu uzunmüddətli münaqişənin həlli regionda sülhə və təhlükəsizliyə tarixi töhfə verə bilər. Bu səbəbdən də İtaliya münaqişənin davamlı həllinə nail olmaq üçün ən əlverişli format olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir.

Bir məsələni də əlavə etmək istərdim: uzunmüddətli münaqişələr heç kimin maraqlarına cavab vermir. Onlar iqtisadi fəaliyyəti və sərmayələri zəiflədir. Onlar yerli əhali arasında qorxu və qeyri-müəyyənliyi əbədiləşdirir. Buna görə də bu münaqişələri aradan qaldırmaq üçün işləmək hər bir hökumətin, hər bir liderin və hər bir vətəndaşın marağındadır.

Region xalqlarının uzunmüddətli maraqlarına uyğun hərəkət etmək və beynəlxalq hüquq prinsipləri və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin balanslı, ədalətli həllini tapmaq üçün cəsarətli siyasi liderlik tələb olunur.

- Trans-Adriatik boru kəməri layihəsi (TAP) üçün Azərbaycan qazının nəqli üzrə hansı işlər görülür və Azərbaycanın Avropa, eləcə də İtaliyanın enerji təhlükəsizliyində rolunu necə qiymətləndirirsiniz? Digər ölkələr bu layihəyə qoşulacaqmı?

- Biz "Şahdəniz" konsorsiumunun TAP layihəsini seçməsini qaz sahəsində əməkdaşlığımızın inkişafı üçün əsas hesab edirik. İki ölkə arasında bu fiziki əlaqə münasibətlərimizin daha da möhkəmləndirilməsi üçün mühüm olacaq. Eyni zamanda, biz əminik ki, bu infrastruktur Avropa və İtaliyaya gələcəkdə enerji təchizatının diversifikasiyasında kömək edəcək. Layihənin yüksək prioritetliliyini nəzərə alaraq, İtaliya parlamenti İtaliya, Albaniya və Yunanıstan arasında fevral ayında Afinada imzalanmış hökumətlərarası sazişi ratifikasiya etməyə hazırlaşır.

Hökumətimiz, həmçinin layihənin həyata keçirilməsi üzrə digər müvafiq daxili prosedurların tezləşdirilməsində maraqlıdır. İnanıram ki, bu qərar ikitərəfli münasibətlərimizdə yeni səhifə açacaq və Azərbaycanda İtaliya biznesi və şirkətlərinin artan iştirakına gətirib çıxaracaq.

SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
Loading Bars
Xəbər lenti
Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər - Alim
Qazaxıstanda koronavirusa yoluxanların sayı 170 minə çatır
Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu keçib
İsraildə koronavirusa yoluxanların sayı 550 minə çatır
Amsterdamda etiraz aksiyası zamanı 115 nəfər saxlanılıb
Braziliyada koronavirusa qarşı iki vaksinin istifadəsinə icazə verilib
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfəri ötüb
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
Britaniyada bir gündə koronavirusa 38 mindən artıq yoluxma qeydə alınıb
Cəbhəboyu ərazilərdəhərbi sursat, mərmi qalıqları və minalar aşkarlanıb - ANAMA (FOTO)
Qarabağda yaşanan hisslər hər sevgidən üstündür... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 683 mindən çox yoluxma qeydə alınıb
Fransada komendant saatını pozan 5,9 min nəfər cərimələnib
Bu gündən koronavirusa qarşı vaksinasiya başlayır
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
SMS icazə ləğv olundu - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
Bakıda ikimərtəbəli evdə yanğın olub
Trampın reytinqi antirekordu yeniləyib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
MN-də yaradılmış komissiyalarda “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur - Anar Eyvazov
Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq - MN
Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir - TDƏŞ Baş katibi
MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb - Anar Eyvazov
Sabahın hava proqnozu açıqlanıb
Dələduzlar kart məlumatlarınızı oğurlaya bilərlər - XƏBƏRDARLIQ
Ermənistan Ağdamda tarixi, dini abidələr talan edib, buna biganə qala bilmərik - Türk Mədəniyyət və İrsi Fondunun prezidenti
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdama səfər edib (FOTO)
Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb
Marginallar bu tarixi imtahanda da xalqımızın yanında ola bilmədilər - Deputat
Naxçıvan koridorunun regionda yaratdığı perspekivlər - Postblokada dövründə yeni inkişaf mərhələsi
SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək
Əfqanıstanda güclü zəlzələ baş verib
Henri Deqlan Qran-Pri turnirində güləşçilərimiz 5 medal qazanıblar
Qubada ikimərtəbəli ev yanıb
NASA mütəxəssisləri Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqlarını keçiriblər
İndoneziyada baş verən bir sıra zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatıb
2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlər xəbərdarlıq edib
Avstriya sərt karantin müddətini 24 yanvardan 7 fevral tarixinə qədər uzadacaq
Argentinada koronavirusun "Britaniya" ştammına ilk yoluxma hali aşkar edilib
Danimarkada "Cənubi Afrika" ştammına ilk yoluxma faktı qeydə alınıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 688 mindən çox artıb
Türkiyədə son sutkada koronavirusdan 8 005 nəfər sağalıb
Suraxanıda tikili yanıb
Fransada etiraz aksiyasında 12 polis xəsarət alıb (ƏLAVƏ OLUNUB)
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Azərbaycanın ictimai həyatında gənclərin iştirakı
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Bütün xəbərlər