...

İlham Əliyev Meksika Prezidentini təbrik edib

Siyasət Materials 14 Sentyabr 2013 19:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoyaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Meksika Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoyaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: " Meksika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Meksika arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir."

İlham Əliyev Enrike Penya Nietoyaya xoş arzularını yetirib, dost Meksika xalqına sülh və tərəqqi arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti