Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir S.Əhmədova/
Sentyabrın 20-də Cenevrə şəhərində BMT İnsan Hüquqları Şurasının 24-cü sessiyası keçiriləcək. Trend-in Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sessiya çərçivəsində Azərbaycan hökumətinin BMT İnsan Hüquqları Şurası Universal Dövrü İcmal Mexanizmi üzrə 2-ci hesabatının qəbulu baş tutacaq.
Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.