...

Abdullah Gül: Türkiyə Suriya ilə müharibə istəmir

Siyasət Materials 20 Sentyabr 2013 13:51 (UTC +04:00)
Türkiyə Suriya ilə müharibə etmək istəmir.
Abdullah Gül: Türkiyə Suriya ilə müharibə istəmir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Suriya ilə müharibə etmək istəmir. Trend-in "TRT" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Gülün sözlərinə görə, Türkiyənin əsas hədəfi öz sərhədlərini istənilən təcavüz hallarından qorumaqdır.

Prezident, o cümlədən əlavə edib ki, Suriya böhranının həll olunmaması ölkəyə radikal ekstrimist qruplaşmaların daxil olmasına səbəb olub.

Gül bildirib: "Ankara terror təhlükəsini gözəl anlayır və biz Suriyada istənilən terror fəaliyyətinə qarşı çıxırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti