...

Türkiyədə polis məntəqəsi raketlə vurulub

Siyasət Materials 21 Sentyabr 2013 05:05 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada polis məntəqəsi raketlə vurulub. Trend-in "Anadolu" agetliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da, binaya zərər dəyib.
Türkiyədə polis məntəqəsi raketlə vurulub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Türkiyənin paytaxtı Ankarada polis məntəqəsi raketlə vurulub. Trend-in "Anadolu" agetliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da, binaya zərər dəyib.

Məlumata görə, bina istiqamətində üç raket mərmisi buraxılıb.

Qeyd edək ki, Dikmen rayonu hökumətə qarşı keçirilən etiraz aksiyalarının mərkəzinə çevrilib.

Türkiyənin daxili işlər naziri Müəmmər Gülərin sözlərinə görə, polis hadisə yerindən bir qədər kənarda raket mərmiləri və digər silah-sursat ələ keçirib.

Xəbər lenti

Xəbər lenti