...

“Səs Ver” kampaniyasının təqdimat mərasimi keçirilib (VİDEO)

Siyasət Materials 23 Sentyabr 2013 14:22 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezident seçkiləri prosesinə gənclərin cəlb olunması məqsədilə başlanan “Səs Ver” kampaniyasının təqdimat mərasimi keçirilib.
“Səs Ver” kampaniyasının təqdimat mərasimi keçirilib (VİDEO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda keçiriləcək prezident seçkiləri prosesinə gənclərin cəlb olunması məqsədilə başlanan "Səs Ver" kampaniyasının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, "İrəli" İctimai Birliyinin təşəbbüsü və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə həyata keçiriən kampaniyanın təqdimat mərasimində "İrəli" İB-nin sədri Rauf Mərdiyev bildirib ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək.

R.Mərdiyevin sözlərinə görə, onların 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir: "Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir".

R.Mərdiyev vurğulayıb ki, kampaniyanın məqsədi qarşıdan gələn seçkilərdə səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.

Tədbirdə iştirak edən MSK Katibliyinin müdiri Rövzət Qasımov seçkinin cəmiyyətin inkişafındakı rolundan danışıb və bu prosesdə gənclərin iştirakının vacibliyini vurğulayıb.

O, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində gənclərin fəallıq nümayiş etdirəcəyinə ümidvar olduğunu da qeyd edib.

Mərasimdə kampaniya çərçivəsində hazırlanan saytın və gəncləri seçkilərdə fəal olmağa səsləyən "Səs Ver" mahnısının da təqdimatı keçirilib.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti