...

Albaniya XİN rəhbəri: TAP layihəsi bütün region üçün əhəmiyyət kəsb edir

Siyasət Materials 26 Sentyabr 2013 14:44 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb.
Albaniya XİN rəhbəri: TAP layihəsi bütün region üçün əhəmiyyət kəsb edir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Albaniyanın xarici işlər naziri Avropa İttifaqı ilə əməkdaşlıq və TAP layihəsinin həyata keçirilməsinin ölkəsinin yeni hökumətinin xarici siyasətinin önəmli istiqamətləri sırasına daxil olduğunu bildirib.

TAP layihəsinin strateji əhəmiyyətindən danışan albaniyalı nazir bu layihənin yalnız Albaniya üçün deyil, bütün region üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edərək, xüsusilə enerji sahəsində əməkdaşlığın önəmini bildirib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti