...

AXCP fəalları Əli Kərimlidən 8 milyon manatın mənimsənilməsi ilə bağlı izahat istəyirlər

Siyasət Materials 27 Sentyabr 2013 12:55 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup fəalı partiyanın sədri Əli Kərimlidən 8 milyon manatın mənimsənilməsi ilə bağlı məsələyə dair izahat verməyi istəyir. Bu barədə Trend-ə AXCP-dəki mənbədən məlumat verilib.
AXCP fəalları Əli Kərimlidən 8 milyon manatın mənimsənilməsi ilə bağlı izahat istəyirlər

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup fəalı partiyanın sədri Əli Kərimlidən 8 milyon manatın mənimsənilməsi ilə bağlı məsələyə dair izahat verməyi istəyir. Bu barədə Trend-ə AXCP-dəki mənbədən məlumat verilib.

Bəzi cəbhəçilər hesab edir ki, Ə.Kərimli bu məsələ ilə bağlı izahat verməlidir və əgər yazılanlar düzdürsə, partiya sədrliyindən istefa verməlidir.

Qeyd edək ki, son günlər KİV-də yayılan məlumatlara görə, Ə.Kərimlinin özü və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat pul çıxarıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti