...

Benilüks Azərbaycanlıları Konqresi: Separatçı Əlikram Hümbətov xaricdəki Azərbaycan icması tərəfindən ictimai qınağa çevrilməlidir

Siyasət Materials 27 Sentyabr 2013 14:12 (UTC +04:00)
Benilüks Azərbaycanlıları Konqresi Əlikram Hümbətovun Ermənistana səfəri ilə bağlı bəyanat yayıb. Trend-in məlumatına görə, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsindən bildirilib.
Benilüks Azərbaycanlıları Konqresi: Separatçı Əlikram Hümbətov xaricdəki Azərbaycan icması tərəfindən ictimai qınağa çevrilməlidir

Azərbaycan, Bakı, 27 sentyabr / Trend, müxbir S.Əhmədova /

Benilüks Azərbaycanlıları Konqresi Əlikram Hümbətovun Ermənistana səfəri ilə bağlı bəyanat yayıb. Trend-in məlumatına görə, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, Benilüks Azərbaycanlıları Konqresinin bəyanatında Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü parçalamaq məqsədi ilə separatçı qüvvələrin başında duran və buna görə də Azərbaycan Respublikasının Vətəndaşlıq Aktlarına əsasən vətəndaşlığına xitam verilmiş, ölkədən qovulmuş Əlikram Hümbətovun öz separatçı siyasətini xaricdə davam etdirməsi pislənilir. Bəyanatda deyilir ki, min illik dövlətçilik tarixi olan, ərazisində Azərbaycan türklərindən başqa, azsaylı xalqların yaşadığı Azərbaycan Respublikası vaxtaşırı separatçı qüvvələrlə üz-üzə gəlib və belə qüvvələr bu gün də mövcuddur. Öz məkrli niyyətlərini reallaşdırmaq üçün Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş siyasət yürüdənlərdən biri, gah Rusiyada, gah da İranda guya talış xalqının hüquqlarını müdafiə etmək məqsədilə görüşlər keçirən Əlikram Hümbətovun indi də Ermənistana səfər etməsi Avropada yaşayan azərbaycanlıların hiddətinə səbəb olub: "Azərbaycan Respublikasının vətəndaşı olmayan, ölkədən qovulan bir şəxsin işğal olunmuş Dağlıq Qarabağa səfər etməsi Azərbaycan sərhədlərinin pozulması kimi qiymətləndirilir. İki separatçı rejimin birləşərək dövlətimizə qarşı yönəlmiş bu addımı Dağlıq Qarabağ sülh danışıqlarına da xələl gətirə bilər". Bəyanatda daha sonra Azərbaycanın ağır illərində azsaylı xalqların da nümayənədələrinin silahlanaraq vətənin müdafiəsinə qalxması və bu mübarizədə canlarını qurban verməsi xatırladırılır: "Talış xalqının yüzlərlə, bəlkə minlərlə oğlu Qarabağda şəhid olub. Onların ruhu heç vaxt Əlikram Hümbətov kimi vətənsiz xaini bağışlamaz".

Bütün bunları və Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasının vacibliyini nəzərə alan Benilüks Azərbaycanlıları Konqresi bəyan edir ki, separatçı və vətənsiz Əlikram Hümbətov xaricdəki Azərbaycan icması tərəfindən ictimai qınağa çevrilsin; onun Dağlıq Qarabağa səfəri Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilsin; Avropa ölklərində Əlikram Hümbətovla birgə Azərbaycan səfirliyi qarşısında aksiya keçirən qruplar separatçı rejimi dəstəkləyən qüvvələr hesab edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti