...

Azərbaycan deputatları AŞ PA-nın payız sessiyasında çıxış edəcəklər

Siyasət Materials 27 Sentyabr 2013 19:43 (UTC +04:00)
Sentyabrın 30-dan oktyabrın 4-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası keçiriləcək.
Azərbaycan deputatları AŞ PA-nın payız sessiyasında çıxış edəcəklər

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Sentyabrın 30-dan oktyabrın 4-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sessiyada Azərbaycan Parlametinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Qənirə Paşayeva, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.

Sessiyada Albaniyada parlament seçkilərinin nəticələri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2012-2013-cü illərdə fəaliyyəti, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, milli təhlükəsizlik və informasiya azadlığı, Bosniya və Herseqovinada demokratik təsisatların fəaliyyəti, Moldova tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Avropadakı münaqişələrdə itkin düşmüş şəxslərin humanitar problemləri, qlobal miqyasda ərzaq təminatı problemi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə Milli Məclisin deputatı Sahibə Qafarova "Əmək bazarında yaşlı insanlara qarşı diskriminasiya ilə mübarizə" adlı məruzə ilə çıxış edəcək, mövzu üzrə müzakirələr keçiriləcək.

Sessiyada nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti