...

Məzahir Pənahov: Azərbaycanda prezident seçkiləri vətəndaşların konstitusion hüquqlarının qorunması çərçivəsində keçiriləcək

Siyasət Materials 28 Sentyabr 2013 11:56 (UTC +04:00)
Təqvim planına əsasən, seçki bülletenlərinin çapına prezidentliyə namizədlərin tam müəyyənləşməsindən sonra start verilir. Prezidentliyə namizədliyi irəli sürülən namizədlərin iddiasına dünən Ali Məhkəmədə baxılaraq yekunlaşıb.
Məzahir Pənahov: Azərbaycanda prezident seçkiləri vətəndaşların konstitusion hüquqlarının qorunması çərçivəsində keçiriləcək

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Təqvim planına əsasən, seçki bülletenlərinin çapına prezidentliyə namizədlərin tam müəyyənləşməsindən sonra start verilir. Prezidentliyə namizədliyi irəli sürülən namizədlərin iddiasına dünən Ali Məhkəmədə baxılaraq yekunlaşıb. Ona görə də qərara aldıq ki, namizədlərin adı ilə bülletenlərin çapına başlanılsın. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

M.Pənahov deyib ki, seçki prosesinin əsas məqamlarından biri də bülletenlərin hazırlanması mərhələsidir.

Bülletenlərin çapı prosesinə hazırlıq mərhələsinin də tam yekunlaşdığını diqqətə deyən M.Pənahov bildirib ki, səsverməyə 5 gün qalmışa qədər bülletenlər dairə seçki komissiyalarına tam təqdim olunacaq: "Səsverməyə 3 gün qalmışa qədər isə bülletenlər məntəqə seçki komissiyalarına çatdırılmalıdır. Hesab edirəm ki, oktyabrın 4-nə qədər bu proses tam yekunlaşacaq".

Bülletenlərin paylanma prosesinin paralel aparılacağını qeyd edən MSK sədrinin sözlərinə görə, bu prosesdə də beynəlxalq nümayəndələrin iştirakı problemsiz olaraq təmin olunub: "Hesab edirik ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri tam şəffaf və vətəndaşlarımızın konstitusion hüquqlarının qorunması çərçivəsində keçiriləcək. Bülletenlərin hazırlanmasında bütün meyarlar nəzərə alınaraq çap ediləcək. Bülletenlər nömrələnib və onların hamısının tam hesabatı hazırlanıb".

M.Pənahov qeyd edib ki, protokolların paylanması prosesi də eyni mənbədən həyata keçiriləcək. Hər seçki məntəqəsinə 30 nüsxə protokol nümunəsi paylanacaq və burada məqsəd protokolun nümunəsinin seçkiləri izləyən KİV nümayəndələrinə və müşahidəçilərə təqdim olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti