...

Müsavat Partiyası başqanının müşaviri: Azərbaycan müxalifətində elələri var ki, özlərini Leninə, Stalinə, Corc Vaşinqtona bənzədirlər

Siyasət Materials 30 Sentyabr 2013 11:24 (UTC +04:00)
Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy müxalifətin Azərbaycanda keçiriləcək prezident seçkilərinə kafi hazırlaşdırğını hesab edir.
Müsavat Partiyası başqanının müşaviri: Azərbaycan müxalifətində elələri var ki, özlərini Leninə, Stalinə, Corc Vaşinqtona bənzədirlər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy müxalifətin Azərbaycanda keçiriləcək prezident seçkilərinə kafi hazırlaşdırğını hesab edir.

S.Əlisoy Trend-ə müsahibəsində bildirib ki, siyasətdən az-çox başı çıxan adam bu seçkilərə hazırlığa 3-dən artıq qiymət verə bilməz: "2003-cü illə 2013-cü ili müqayisə edən hər bir şəxs düşünürəm ki, bu qiymətə etiraz etməz. Etiraf etmək gərəkdir ki, seçkidəki mövcud duruma görə də ən böyük məsuliyyət Müsavat Partiyası və AXCP-nin üzərinə düşür".

S.Əlisoyun finkrincə, zamanında bu iki partiyanın birliyi baş tutsaydı, ömrünün 20 ilini siyasi mübarizəyə sərf etmiş müsavatçılar və cəbhəçilər seçki kampaniyasını daha kaloritli apara bilərdilər: "Təəssüf ki, "vahid namizəd" axtarışına çox zaman sərf edildi və bu da arzulanan siyasi mübarizəni sərgiləməyə böyük zərbə oldu".

S.Əlisoy Milli Şurada təmsil olunan bir sıra partiyalar arasında yaranan fikir ayrılığına da münasibət bildirib: "Təbii ki, belə olmalı idi. At belində olan yekəxanalıq, mənəm-mənəmlik meydan sulamalı idi. Bu Şurada siyasi oriyentasiyasına görə solçular, sağçılar, islamçılar və digərləri cəm olub. Və hər kəs də özünü digərlərindən güclü bilir. Bilirsiniz, Azərbaycan müxalifətində bu gün elələri var ki, özlərini Leninə, Stalinə, Corc Vaşinqtona, Napoleona, Taleyrana və digərlərinə bənzədirlər".

S.Əlisoy qeyd edib ki, 20 il əvvəl 3-4 ay Prezident Administrasiyasında işləyən özünü Prezident Administrasiyasının rəhbəri postunda görür, sədri olduğu partiya barədə cəmiyyət bir yana, qohum-əqrəbasının müfəssəl məlumatı olmayan özünə prezident kreslosunu rəva bilir, vəzifədən ötrü ürəyi gedənlər var ki, ağzından çıxanların fərqində deyil: "Bütün bunlar reallıqdır və min təəssüflər olsun ki, Azərbaycanda ictimai rəyi müəyyən edən obyektiv bir təşkilat yoxdur. Olsaydı, çoxları sakitcə layiq olduğu yerdə oturardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti