...

Məruzə: Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər, bunu onun opponentləri də etiraf etməyə məcburdurlar

Siyasət Materials 1 Oktyabr 2013 16:47 (UTC +04:00)
Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər və bunu onun opponentləri də etiraf etməyə məcburdurlar.
Məruzə: Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər, bunu onun opponentləri də etiraf etməyə məcburdurlar

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər və bunu onun opponentləri də etiraf etməyə məcburdurlar. Trend-in məlumatına görə, Ukrayna Praktiki Siyasət İnstitutunun Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin "Azərbaycan: sistemli modernləşmə və siyasi seçim" adlı analitik məruzəsinin müəllifləri belə hesab edirlər.

Məruzədə bildirilir ki, Azərbaycan prezident seçkiləri mərhələsinə qədəm qoyur: "2003 və 2008-ci illərdəki prezident seçkilərindən fərqli olaraq, indiki seçkilər "günün qaydası", yəni ölkənin transformasiyasının müəyyənləşdirilməsidir. Azərbaycan keyfiyyətcə yeni mərhələyə keçid dövrünü başa vurur. Burada demokratik islahatlar dönməzdir, siyasi sistemin təkamülü isə ölkə qarşısında dayanan ümumi çağırışlara daha adekvat cavabdır. Bununla əlaqədar olaraq, Azərbaycanda siyasi mühitin "sınaq" ölçülərini və vəziyyətin inkişaf istiqamətlərini müəyyənləşdirmək vacibdir".

Məruzə müəllifləri qeyd edirlər ki, Azərbaycanın iqtisadi və siyasi modernləşmə təcrübəsinin unikallığı ondan ibarətdir ki, qonşularından fərqli olaraq, ölkə davamlı model qurmağa nail oldu:

"Bunun sayəsində qısa müddətdə dövləti sənayenin artım templəri, gəlirlərin və yaşayış keyfiyyətinin səviyyəsi üzrə liderlər sırasına çıxartmaq mümkün oldu".

Məruzədə deyilir ki, Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycanın inkişafının indiki siyasi-hüquqi modelinin formalaşması 1990-ci illərin ortaları - 2000-ci illərin əvvəlindən etibarən siyasi təlatüm və vətəndaş qarşıdurması olmadan təkamül yolu ilə baş verdi.

Müəlliflərin sözlərinə görə, Azərbaycan qonşularından daha tez öz hüquqi sisteminin modernləşdirilməsinə başlayıb: "Bununla da demokratik azadlıqlar sahəsində gələcəkdə addım-addım iş görmək üçün bazis yaradıb".

Məruzədə bildirilir ki, ölkə rəhbərliyi Azərbaycanın siyasi-hüquqi və iqtisadi modelinin qurulmasında bazar münasibətlərinə əsaslanmış və özünüinkişaf qabiliyyətinə malik yetərli iqtisadiyyatın formalaşdırılmasının təmin edilməsinə əsas yer verib".

Müəlliflərin sözlərinə görə, aydındır ki, demokratik tranzit şəraitində prezident respublikası vətəndaşların ölkənin idarə olunmasına cəlb edilməsi üzrə əlavə mexanizmlərə ehtiyac duyur: "Birbaşa demokratiya və ya referendumlar bu məsələni həll edə bilməz. Buna görə də "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulub ki, ölkədə siyasi proses aşağıdakı istiqamətlər üzrə inkişaf edəcək: antikorrupsiya siyasətinin fəallaşdırılması, institusional potensialın gücləndirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun yenidən formalaşdırılması, onların işində şəffaflıq və aşkarlıq prinsiplərinin əldə rəhbər tutulması, məhkəmə infrastrukturunun təkmilləşdirilməsi, vətəndaşların dövlətin yaydığı məlumatlara çıxış imkanlarının artırılması və s."

Azərbaycanda qarşıdakı prezident seçkiləri mövzusuna toxunan məruzə müəllifləri yazırlar ki, İlham Əliyevin 3-cü prezidentlik müddətinə iddia etməsinə baxmayaraq, ekspertlərin əksəriyyəti keçmiş sovet məkanı üçün ənənəvi olan "seçki yorğunluğu" sindromunu qeyd etmirlər: "Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər və bunu onun opponentləri də etiraf etməyə məcburdurlar".

Mərkəzin məruzəsində deyilir: "Müxalifət yaxşı dərk edir ki, onun zəifliyi "köhnə" liderlərdə və partiya funksionerləri arasında yeni simaların olmamasındadır. Yeni kadrların cəlb edilməsi təkcə Azərbaycanın indiki siyasi sistemində partiyaların rolunun azalması ilə deyil, həm də müxalif partiyaların öz liderlərinin iddiaları əsasında "tumurcuqlama" yolu ilə "bölünmə"yə davam etməsi ilə zəifləyib. Azərbaycan müxalifətinin kiçik partiyalılığı onların liderlərinin siyasi prosesdə öz yerlərini həddən artıq qiymətləndirməsinin nəticəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti