...

Azərbaycan Parlamentinin Sədri və TürkPA-nın yeni Baş katibi Assambleyasının fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər

Siyasət Materials 2 Oktyabr 2013 14:32 (UTC +04:00)
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov TürkPA–nın yeni Baş katibi Jandos Asanovu qəbul edib.
Azərbaycan Parlamentinin Sədri və TürkPA-nın yeni Baş katibi Assambleyasının fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər

Azərbaycan, Bakı, 2 oktyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov TürkPA-nın yeni Baş katibi Jandos Asanovu qəbul edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü TÜRKPA-dan bildirilib.

Tərəflər Türkdilli Dövlətlərin Parlament Assambleyasının fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Milli Məclisin Sədri TürkPA-nın fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

J. Asanov Milli Məclisin Sədrinə TürkPA Beynəlxalq Katibliyinə göstərdiyi qonaqpərvərliyə görə öz təşəkkürünü ifadə edib.

Görüşdə keçmiş Baş katib Ramil Həsənov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti