...

Prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub

Siyasət Materials 3 Oktyabr 2013 13:37 (UTC +04:00)
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olmuşdur.
Prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olmuşdur.

Əvvəlcə dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdi. Sonra Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etdi.

Dövlətimizin başçısı şəhər ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü, onlarla xatirə şəkli çəkdirdi. Prezident İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra xəstəxanada yaradılmış şəraitlə tanış oldu.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 225 çarpayılıq xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilmişdir.

Daha sonra Azərbaycan Prezidenti Sumqayıt Şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda görülmüş abadlıq işləri ilə tanış oldu.

Dövlətimizin başçısı burada görülən işləri əks etdirən stendlərə baxdı.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev (ARDNŞ) meydanda görülmüş abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Azərbaycan Prezidenti Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə də maraqlandı. Dövlətimizin başçısı, həmçinin mərkəzin ətrafında yerləşən Heydər Əliyev Parkında görülmüş işlərlə tanış oldu.

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində "Sağlam qida" aqrar sənaye kompleksinin açılışında da iştirak etdi.

İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, kompleks dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına inşa olunmuşdur.

Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesini izlədi və hazır məhsullara baxdı. Sonra dövlətimizin başçısı dəyirman kompleksi və taxıl anbarını işə saldı.

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində də iştirak etdi.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidentinə məlumat verdi ki, park sosial və sənaye zonalarından ibarətdir. Parkın ərazisi altı sənaye zonasına bölünür.

Dövlətimizin başçısı inşaatçılarla görüşdü, onlara uğurlar arzuladı.

Prezident İlham Əliyev Sumqayıtda metal boru zavodunun açılışında da iştirak etdi.

Dövlətimizin başçısı zavodu işə saldı, istehsal prosesini izlədi. Bununla da Prezident İlham Əliyevin Sumqayıta səfəri başa çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti