...

Pakistan Senatının müşahidə missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 7 Oktyabr 2013 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr / Trend, müxbir S.Əhmədova /

Pakistan Senatının Müdafiə Komitəsinin sədri, senator Müşahid Hüseynin başçılıq etdiyi 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda keçiriləcək president seçkilərini müşahidə edəcək. Trend-in məlumatına görə, bu barədə Pakistanın ingilisdilli "The News International" qəzeti xəbər verir.

Sözügedən nümayəndə heyətinin üzvləri iqtidar və müxalifətdən olan 6 partiyanı təmsil edir.

Nümayəndə heyətini Azərbaycanın Mərkəzi Seçki Komitəsi dəvət edib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti