...

MDB müşahidəçiləri: Azərbaycanın Rusyadakı səfirliyində yaradılmış seçki məntəqəsi səsvermə üçün hazır vəziyyətə gətirilib

Siyasət Materials 8 Oktyabr 2013 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycanın Moskvadakı səfirliyində yaradılmış seçki məntəqəsi səsvermə üçün hazır vəziyyətə gətirilib, seçkilər haqqında əyani vəsaitlərlə və prezidentliyə namizədlər barədə informasiya ilə təmin edilib. Trend-in MDB missiyasının qərargahına istinadən verdiyi xəbərə görə, bunu MDB Parlamentlərarası Assambleyasından (PA) olan beynəlxalq müşahidəçilər deyiblər.

MDB PA-nın müşahidəçiləri oktyabrın 8-də məntəqəyə baş çəkib və Azərbaycanın Rusiyadakı səfirliyində yaradılmış seçki məntəqəsinin sədri ilə görüşüblər.

Seçki məntəqəsinin sədri, səfirliyin müşaviri Ağalar Atamoğlanov məlumat verib ki, məntəqə seçicilərin siyahısını dəqiqləşdirib.

Siyahıya Moskvadakı səfirliyin konsulluq uçotunda olan 1499 Azərbaycan vətəndaşı daxil edilib. Elektron poçt və ya telefonla seçicilərə səsvermənin vaxtı və yeri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti