...

Azərbaycan Prezidenti və xanımı səsvermədə iştirak ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 11:44 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da səhər saat 10-da xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu ilə birlikdə seçki məntəqəsinə gəldi.
Azərbaycan Prezidenti və xanımı səsvermədə iştirak ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 10:06-da yayılıb)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

2013-cü il oktyabrın 9-u Azərbaycanın tarixində növbəti prezident seçkiləri günüdür.

Seçki prosesinin başladığı ilk dəqiqələrdə Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da səhər saat 10-da xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu ilə birlikdə seçki məntəqəsinə gəldi.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.

Mehriban xanım Əliyeva, qızları Leyla və Arzu da səs verdilər.

Prezident İlham Əliyev beynəlxalq müşahidəçilərlə görüşdü.

Bu seçki məntəqəsində siyahı üzrə 724 seçici səs verməlidir.

Məntəqədə səsvermənin gedişini xarici müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri izləyirlər.
Azərbaycanın hər yerində olduğu kimi, 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində də seçicilər xalqımızın xoşbəxt gələcəyinə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, iqtisadi dirçəlişə, dinamik inkişafa, sabitliyə və əmin-amanlığa səs verirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti