Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Bu vaxta qədər səsvermə zamanı hər hansı qanun pozuntusu qeydə alınmayıb. Trend-in məlumatına görə, bunu prezidentliyə namizəd Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu gün 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 25 saylı məntəqəsində səs verəndən sonra jurnalistlərə bildirib.
F.Quliyev bildirib ki, bu vaxta qədər onun seçki qərargahı tərəfindən heç bir qanun pozuntusu qeydə alınmayıb: "Hazırda seçki prosesi şəffaf davam edir".