...

Rusiyalı müşahidəçi: Quba rayonunda prezident seçkilərində səsvermə zamanı seçici axını müşahidə edilir

Siyasət Materials 9 Oktyabr 2013 14:03 (UTC +04:00)
Azərbaycanda prezident seçkilərində səsvermə ilə əlaqədar Quba rayonundakı seçki məntəqələrində seçicilərin mütəmadi axını müşahidə edilir.
Rusiyalı müşahidəçi: Quba rayonunda prezident seçkilərində səsvermə zamanı seçici axını müşahidə edilir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E. İsmayılov/

Azərbaycanda prezident seçkilərində səsvermə ilə əlaqədar Quba rayonundakı seçki məntəqələrində seçicilərin mütəmadi axını müşahidə edilir.

Bu barədə çərşənbə günü Trend-ə Rusiyanın məşhur "Exo planetı" ("Эхо планеты") jurnalının baş redaktoru Elmar Hüseynov deyib.

E. Hüseynov Quba rayonunda seçkilərin gedişatını izləyir.

Onun sözlərinə görə, Quba rayonunda bir sıra seçki məntəqələrində olduqdan sonra söyləmək olar ki, seçki məntəqələrinə ən tez baş çəkənlər yaşlı nəslin nümayəndələri olub, günün yarısına yaxın isə gənclərin axını müşahidə edilir.

E. Hüseynov qeyd edib ki, səsvermə prosesinin normal gedişatı üçün bütün zəruri şərait yaradılıb, daha ətraflı seçki siyahısı hazırlanıb ki, bu da səsvermə zamanı növbələrin yaranmamasına imkan verir.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti