...

ATƏT PA-nın rəhbəri: Azərbaycanda seçki prosesi Almaniyadakı seçki prosesinə çox bənzəyir (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 14:52 (UTC +04:00)
Azərbaycanda seçki prosesi Almaniyadakı seçki prosesinə çox bənzəyir.
ATƏT PA-nın rəhbəri: Azərbaycanda seçki prosesi Almaniyadakı seçki prosesinə çox bənzəyir (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir V.Javoronkova/

Azərbaycanda seçki prosesi Almaniyadakı seçki prosesinə çox bənzəyir. Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının (PA) nümayəndə heyətinin rəhbəri, Almaniya Bundestaqının üzvü Doris Barnet deyib.

Onun sözlərinə görə, yeganə fərq ondan ibarətdir ki, Azərbaycandan fərqli olaraq Almaniyada seçicilərin barmaqlarına silinməyən mürəkkəb vurmurlar:

"Biz seçkilərin təşkili prosesindən çox razıyıq. Seçicilər səsvermədə fəal iştirak edirlər və biz çox şadıq ki, insanlar səsvermə hüquqlarından istifadə edirlər".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti