...

Amerikalı müşahidəçi: Azərbaycanda real demokratiya müşahidə edirəm (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir V.İmanov/

"Düşünürəm ki, Azərbaycanda prezident seçkiləri demokratik şəkildə keçirilir". Bu barədə Trend-ə ABŞ-ın "LR Global" Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Lenço Rendon deyib.

Azərbaycanın ABŞ-ın çox mühüm müttəfiqi olduğunu deyən L.Rendon Azərbaycanda real demokratiya gördüyündən şad olduğunu bildirib:

"Düşünürəm ki, dünya bunu görməlidir. Mən çox şadam ki, Azərbaycana gəlib seçkiləri müşahidə etmək imkanı əldə etmişəm və bu demokratik prosesləri öz gözlərimlə görürəm".

ABŞ Prezidenti Barak Obamanın partiyasının üzvü olduğunu deyən L.Rendon bütün burada gördüklərini Vaşinqtonda danışacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti