...

Azərbaycanda seçicilərin təxminən 72 faizdən çoxu səsvermədə iştirak edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Oktyabr 2013 20:36 (UTC +04:00)
Bakı vaxtı ilə saat 19:00-a Azərbaycan Prezidenti seçkilərində 3 720 643 seçici səs verib.
Azərbaycanda seçicilərin təxminən 72 faizdən çoxu səsvermədə iştirak edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakı vaxtı ilə saat 19:00-a Azərbaycan Prezidenti seçkilərində 3 720 643 seçici səs verib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

Bu da ümumi seçicilərin 72,31 faizidir.

Ən aktiv seçki dairəsi (83 faiz) 1 saylı Şərur-Sədərək seçki dairəsi, ən passivi isə (61,16 faiz) 15 saylı Yasamal birinci seçki dairəsidir. Paytaxt Bakı üzrə isə ən aktivi 10 saylı Binəqədi seçki dairəsi olub - 80,02 faiz.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti