...

Bahar Muradova: Prezident İlham Əliyev Azərbaycanın növbəti 5 ildə inkişafının əsas istiqamətləri ilə bağlı mövqeyini ortaya qoydu

Siyasət Materials 19 Oktyabr 2013 18:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı dövlətimizin prioritetlərini bir neçə dəfə xüsusilə vurğuladı. Bu da bizə söyləməyə imkan verir ki, Azərbaycan Prezident İlham Əliyev qarşıdakı 5 ildə də 10 ildə götürülmüş siyasi kursu davam etdirəcək. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Bahar Muradova: Prezident İlham Əliyev Azərbaycanın növbəti 5 ildə inkişafının əsas istiqamətləri ilə bağlı mövqeyini ortaya qoydu

Azərbaycan, Bakı, 19 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı dövlətimizin prioritetlərini bir neçə dəfə xüsusilə vurğuladı. Bu da bizə söyləməyə imkan verir ki, Azərbaycan Prezident İlham Əliyev qarşıdakı 5 ildə də 10 ildə götürülmüş siyasi kursu davam etdirəcək. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova deyib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın ləyaqətli siyasət apardığını, heç kəsdən heç nə xahiş etmədiyini, yalnız öz imkanlarına, öz potensialına və ən əsası öz vətəndaşlarının siyasi iradəsinə söykənərək bundan sonra da bu siyasi iradəni ortaya qoyacağını söylədi və bununla da Azərbaycanın növbəti 5 ildə inkişafının əsas istiqamətləri ilə bağlı mövqeyini ortaya qoymuş oldu.

Vitse-spikerin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında ümummilli lider Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan etməsi və sonrakı dövrdə hər gün bu vədinə əməl etməsi öz əksini tapdı: "Bu siyasət Azərbaycan xalqının qəbul etdiyi, inandığı və inkişafa stimul verən bir siyasətdir. Prezident bütün sahələrdə qazanılan uğurlar, Azərbaycan xalqının bu uğurların qazanılmasında iştirakı, fədakarlığı, xalqın müstəqil iradəsi və özünün siyasi iradəsinin dövlətin müstəqil siyasəti şəklində təzahür edilməsi ilə bağlı fikirlərini səsləndirdi. Ən əsası Azərbaycanın bu 10 ildə heç bir ölkənin nail olmadığı iqtisadi göstəricilər barədə fikirlərini səsləndirdi, Azərbaycanın qarşısına çıxan çətinliklər, onun yaşadığı problemlər, bu problemlərin həlli istiqamətində yeridilən siyasət və onun konkret nəticələri bu çıxışda öz əksini tapdı. Dövlət başçısı demək olar ki, bu 10 il ərzində Azərbaycanın ictimai, siyasi, iqtisadi, sosial, mədəni həyatı, yeridilən xarici siyasət, beynəlxalq təşkilatlarla və digər dövlətlərlə qarşılıqlı münasibətlər, üzərimizə götürdüyümüz öhdəliklər və onların yerinə yetirilməsi, Azərbaycanın demokratik, azad və ədalətli cəmiyyət quruculuğu prosesi, insan haqlarının qorunması, sosial və siyasi hüquqların bərqərar olunması, mətbuat azadlığı, siyasi partiyaların fəaliyyəti ilə bağlı görülən iş, nəzərdə tutulan proqramlar və onun nəticələri ilə bağlı fikrini ifadə etdi".

B.Muradovanın sözlərinə görə, Prezidentin çıxışında əsas yeri tutan məsələlərdən biri də Dağlıq Qarabağ problemi oldu. Dövlət başçısı öz evindən didərgin düşmüş qaçqınlar, hüquqları pozulmuş insanların bu günü və gələcəyi, tarixi torpaqlara qayıdışımız, ərazi bütövlüyünün təmin olunması məsələləri və bundan sonra görüləcək işlərlə bağlı fikirlərini bölüşdü: "Ordu quruculuğuna çox böyük diqqəti ayırdı - bu sahəyə dövlətin diqqət və qayğısı, hər cəhətdən təmin olunmuş orduya malik olmamız, bu ordunun gücü, qüdrəti ilə bağlı fikirlərini ortaya qoydu. Ermənistan dövlətinə, onun siyasi rəhbərliyinə, Ermənistan xalqının düşdüyü ağır durumdan yeganə çıxış yolu kimi Dağlıq Qarabağ məsələsinin həllində konstruktiv mövqe tutmalarının vacibliyini bir daha onların diqqətinə çatdırdı. Ermənistanın təcavüzkar siyasətinə qarşı tutduğu mövqeyin və Ermənistanı bütün mənalarda beynəlxalq aləmdən təcrid etmək siyasətinin davam edəcəyini, Ermənistanın iqtisadi çökməsinə xidmət edən addımların atılmasının vacibliyini vurğuladı".

Xəbər lenti

Xəbər lenti