Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
ABŞ Pakistana 1,6 milyard dollardan çox hərbi və iqtisadi yardım ayırmağı planlaşdırır. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.
"Assoşieyted Press" agentliyi xəbər verir ki, yardımın həcminin artırılması iki ölkə arasında münasibətlərin yaxşılaşması ilə əlaqədardır.
Xatırladaq ki, ABŞ-Pakistan münasibətləri Birləşmiş Ştatların respublika ərazisində keçirdiyi antiterror əməliyyatları zamanı pakistanlı əsgərlərin həlak olması və amerikalı xüsusi təyinatlılar tərəfindən Pakistanda yerli hakimiyyətlə razılaşdırmadan "əl-Qaidə" lideri Üsamə bin Ladenin məhv edilməsi ilə əlaqədar pisləşmişdi. Nəticədə ABŞ Pakistanda bir sıra yardım proqramlarına maliyyə dəstəyini dayandırmışdı.
Qeyd edək ki, oktyabrın 23-də Ağ evdə ABŞ Prezidenti Barak Obama ilə Pakistanın Baş naziri Nəvaz Şərifin görüşəcəyi gözlənilir.