...

Gürcüstanda prezident seçkilərində 3,5 milyondan çox seçici qeydə alınıb

Siyasət Materials 20 Oktyabr 2013 14:02 (UTC +04:00)
Gürcüstanda oktyabrın 27-də keçiriləcək prezident seçkilərində seçicilərin ümumi sayı 3 537 719 nəfər təşkil edir.
Gürcüstanda prezident seçkilərində 3,5 milyondan çox seçici qeydə alınıb

Gürcüstan, Tbilisi, 20 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda oktyabrın 27-də keçiriləcək prezident seçkilərində seçicilərin ümumi sayı 3 537 719 nəfər təşkil edir. Trend-in məlumatına görə, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Yekaterina Azaraşvili deyib.

MSK-nın məlumatına görə, xaricdə yaşayan 48 458 Gürcüstan vətəndaşının səsvermədə iştirak etməsi üçün müxtəlif ölkələrdə 52 seçki məntəqəsi açılıb.

Bununla yanaşı, oktyabrın 21-dən seçki bülletenlərinin çap edilməsinə başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti