...

Riçard Morninqstar: ABŞ-Azərbaycan ikitərəfli əməkdaşığı geniş və önəmlidir

Siyasət Materials 21 Oktyabr 2013 12:38 (UTC +04:00)
Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində Prezident Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir.
Riçard Morninqstar: ABŞ-Azərbaycan ikitərəfli əməkdaşığı geniş və önəmlidir

Azərbaycan, Bakı, 21 oktybar /Trend, müxbir E.Mehdiyev/

Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində Prezident Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın Prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanatında deyilir.

Səfir bəyanatına bildirib ki, istənilən tərəfdaşlar arasında olduğu kimi bizim də fikirayrılıqlarımız, eyni zamanda çoxlu ortaq maraqlarımız da var: "Biz Azərbaycanda demokratik dəyər və prinsipləri təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik. Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edəcəyik. ABŞ-Azərbaycan ikitərəfli əməkdaşığı geniş və önəmlidir, buraya regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və iqtisadi şaxələndirmə daxildir. Biz növbəti beş ildə Azərbaycan xalqı və hökuməti ilə əlaqələrimizi genişləndirmək və dərinləşdirməyə ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti