...

Heydər Əliyev Fondu İtaliyada yeni layihənin həyata keçirilməsinə başlayıb

Siyasət Materials 21 Oktyabr 2013 23:25 (UTC +04:00)
Heydər Əliyev Fondu Azərbaycanı İtaliyanın regionlarında daha yaxından tanıtmaq üçün yeni layihənin həyata keçirilməsinə başlayıb. AzərTAc-ın məlumatına görə, bu layihə çərçivəsində ilk tədbir Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə ölkənin mədəniyyət mərkəzi sayılan Florensiya şəhərində keçirilib.
Heydər Əliyev Fondu İtaliyada yeni layihənin həyata keçirilməsinə başlayıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Heydər Əliyev Fondu Azərbaycanı İtaliyanın regionlarında daha yaxından tanıtmaq üçün yeni layihənin həyata keçirilməsinə başlayıb. AzərTAc-ın məlumatına görə, bu layihə çərçivəsində ilk tədbir Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə ölkənin mədəniyyət mərkəzi sayılan Florensiya şəhərində keçirilib.

Leonardo da Vinçi, Mikelancelo, Dante və Qaliley - dünyanın tanıdığı bu məşhur şəxsiyyətləri birləşdirən cəhət həm də onların florensiyalı olmalarıdır. Florensiyalılar təkcə doğma şəhərlərinin zəngin tarixi keçmişi ilə deyil, bu günü ilə də fəxr edirlər.

Azərbaycanın incəsənət ustaları ölkəmizin zəngin mədəniyyətini italiyalı tamaşaçılara bir daha nümayiş etdiriblər.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən layihənin açılışını Florensiyanın Bələdiyyə Teatrında Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov edib. Səfir hər iki ölkə rəhbərlərinin ciddi səyləri nəticəsində dinamik inkişaf edən Azərbaycan-İtaliya əlaqələrinin, xüsusilə də mədəniyyət sahəsindəki münasibətlərimizin daha da genişləndirilməsində bu layihənin müstəsna xidmətlərini vurğulayıb. Diplomat Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində Fondun ölkəmizin dünyada daha da dərindən tanıdılması istiqamətində böyük işlər həyata keçirdiyini diqqətə çatdırıb.

Sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin maraqlı konsert proqramı nümayiş etdirilib.

Orkestr Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin və başqalarının ölməz əsərlərini sözün əsl mənasında ifa ediblər. Solistlərimizin də ifaları maraqla qarşılanıb.

Tədbirdə Florensiya şəhərinin rəhbərləri, regionun tanınmış simaları ilə yanaşı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov da iştirak edib.

Florensiya Şəhər Şurasının sədri Eugenio Giani tədbirin təşkilatçılarına onlara bəxş etdikləri bu maraqlı konsert üçün minnətdarlığını bildirib. O deyib ki, gələcəkdə həyata keçiriləcək belə layihələr Azərbaycan-İtaliya, xüsusilə də Azərbaycan-Florensiya əlaqələrini daha da möhkəmləndirmək üçün imkanlar yaradacaq.

Xəbər lenti

Xəbər lenti