Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Statoil şirkətinin prezidenti Helge Lundu qəbul edib.
Statoil şirkətinin prezidenti Helge Lund oktyabrın 9-da keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Görüşdə Statoil şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev Statoil şirkətinin prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Statoil şirkətinin prezidenti Helge Lundu qəbul edib.
